Uorlik: “ATƏT nümayəndələrinə xatırlatdım ki, qlobal problemlərə baxmayaraq, Qarabağ münaqişəsinin nizamlanması prioritet olmalıdır”

24 İyul 2014 11:25 (UTC+04:00)

Amerikalı həmsədr Ceyms Uorlik ATƏT nümayəndələri ilə görüşdə Qarabağ münaqişəsinin həllinin prioritet olduğunu diqqətə çatdırdığını vurğulayıb.

Bu barədə həmsədr öz "Twitter" səhifəsində yazıb.

 

"Mən ATƏT nümayəndələrinə xatırlatdım ki, qlobal problemlərə baxmayaraq, Qarabağ münaqişəsinin nizamlanması prioritet olmalıdır", - deyə diplomat qeyd edib.