İran Bakı və İrəvan münasibətlərinin normallaşmasını istəyir

24 İyul 2014 14:28 (UTC+04:00)

İran Xarici İşlər Nazirliyi Dağlıq Qarabağ münaqişəsi, Azərbaycan və Ermənistan prezidentlərinin Parisdə planlaşdırılan görüşü ilə bağlı açıqlama verib.


Anspress-in məlumatına görə, nazirliyin mətbuat katibi Mərziyə Əfxəm bildirib ki, İran Azərbaycan və Ermənistan arasında sülhün bərpa olunması istiqamətində atılan hər bir addımı dəstəkləyir.


"Hesab edirəm ki, Parisdə prezidentlərin görüşü, iki ölkə arasında münasibətlərin müzakirəsi bu ölkələrin daxili işləridir. İran qonşu ölkələr ilə isti münasibətdə olmağı dəstəkləyir", deyə Mərziyə Əfxəm Azərbaycan və Ermənistan prezidentlərinin planlaşdırılan görüşü ilə bağlı ona ünvanlanan suala cavabında belə deyib.


Onun sözlərinə görə, İran rəsmi Bakı və İrəvan arasında münasibətlərin normallaşmasının tərəfdarıdır. Rəsmi Tehran bu istiqamətdə hər iki ölkə ilə danışıqlar aparır.