Bakıda daha bir özəl klinika bağlandı-Eksklüziv
24 İyul 2014 14:45 (UTC+04:00)
Bakıda fəaliyyət göstərən daha bir klinika
bağlanıb. Movqe.az-ın eksklüziv olaraq
əldə etdiyi məlumata görə, bir neçə gündür ki, qapısına qıfıl
vurulan klinika paytaxtakı "Lanset cərrahlıq
klinikası"dır.Movqe.az-a etibarlı mənbələrdən daxil olan məlumata
görə, klinikaya Səhiyyə Nazirliyindən verilən lisenziya müddəti
başa çatdığından klinikanın fəaliyyətinin dayandırılması ilə bağlı
göstəriş verilib. Mənbənin verdiyi xəbərə görə, klinikaya verilən
lisenziya müddətinin uzadılıb-uzadılmayacağı isə hələki sual
altındadır. Çünki, klinikanın külli miqdarda borcu varr. Xatırladaq
ki, ötən il "Lanset cərrahlıq klinikası" Dövlət Miqrasiya
Xidmətinin məhkəmə iddiası ilə 30 min manat məbləğində
cərimələnmişdi. Buna səbəb klinikanın keçmiş həkimi, Qazaxıstan
vətəndaşı, əslən Gürcüstandan olan azərbaycanlı Vaqif
Tanrıverdiyevin "Lanset"ə gəlməsi göstərilib.Kiçik araşdırma zamanı
Movqe.az-ın müxbirinə adının çəkilməsini istəməyən mənbə Fərman
Ceyranovun hazırda Gürcüstanda olduğunu, Tiflisin Diqomi rayonunda
eyni adlı cərrahiyyə klinikası açaraq fəaliyyət göstərdiyini
söyləyiblər.Movqe.az klinikanın baş həkimi Fərman Ceyranovla əlaqə
saxlayaraq klinikanın bağlanması xəbərini dəqiqləşdirib. F.
Ceyranov bildirib ki, yaxın vaxtlarda klinikanın fəaliyyəti yenidən
bərpa olunacaq: "Klinikanın lisenziya müddəti başa çatıb. Bizdə
hələki Səhiyyə Nazirliyindən cavab gözləyirik. Çox güman ki, bir
həftəyə klinika fəaliyyətini bərpa edəcək". Qeyd edək ki, Səhiyyə
Nazirliyinin saytında "Lanset Cərrahlıq Klinikası" MMC-nin 25931
seriyalı lisenziyasının bu ilin iyul ayının 14-də başa çatdığı qeyd
olunub.