Dünyanın ən sürətli telefonu!

25 İyul 2014 12:08 (UTC+04:00)

"Telefon bazarının ən sürətli mobili" olma iddiasını daşıyan bu Çin telefonu, texniki xüsusiyyətləriylə diqqət çəkir. 

Movqe.az xəbər verir ki, Xiaomi, Çinin ən böyük telefon markalarından biridir. Çin telefon nəhəngi "Mi 4" adını verdiyi telefonu ilə, dünyanın ən sürətli modelini inkişaf etdirdiyini iddia edir. 


Bu iddiasında çox da haqsız olmaya bilər; çünki telefonun texniki xüsusiyyətləri göz oxşayır. 2.5 GHz sürətində işləyən dörd nüvəli Snapdragon 801 prosessor,  3 gb RAM ilə dəstəklənib. Sony-nin admiral gəmisi Xperia Z2-də də eyni təchizatlar var amma prosessor sürəti, 2.3 GHz ilə məhduddur. Yəni kağız üzərində Mİ 4, Xperia Z2-dən daha sürətlidir. 


"Mi 4"də 5 düymlük Full HD ekran mövcuddur. 16 və 64 GB-lıq yaddaş variantları təqdim edən telefonun əsas kamerası 13 megapiksel, ön kamerası isə 8 megapiksel dəqiqlik təqdim edir. Batareyası isə, 3.080 mAh yerə sahibdir. 

 Açıqlanan qiymətlər, 16 GB-lıq model üçün 320 dollar, 64 GB-lıq model üçün isə 400 dollardır.