Sürətli qatar xətlərinin uzunluğu artacaq

25 İyul 2014 13:47 (UTC+04:00)

Dünyada hal-hazırda sürətli qatar xəttlərinin uzunluğu 21 min kilometri keçir. Bu məsafənin 2025-ci ildə 51 min kilometrdən çox olması gözlənilir. 

 Movqe.Az xəbər verir ki, Beynəlxalq Dəmir Yolları Birliyinin (UIC) verdiyi  məlumatlara görə, hal-hazırda dünyadakı sürətli qatar xəttlərinin uzunluğu 21 min 472 kilometrdir. Bu rəqəmin inşaat halında olan 13 min 964 kilometrlik və planlaşdırılan 16 min 347 kilometrlik xətt ilə 2025-ci ildə 51 min 784 kilometrə çıxacağı təxmin edilir.