Neftçilər Xəstəxanasında 2 gün pulsuz müayinə

24 İyul 2014 18:10 (UTC+04:00)

İki gün ərzində əhaliyə ödənişsiz tibbi xidmət göstəriləcək

Ramazan bayramı münasibətilə Neftçilər Xəstəxanası sakinləri pulsuz müayinə edəcək. 

Movqe.az-ın məlumatına görə, Səhiyyə Nazirliyinin Mərkəzi Neftçilər Xəstəxanasının poliklinikası müqəddəs Ramazan bayramı münasibəti ilə iyulun 25-26-da "açıq qapı günü" keçirəcək.


Aksiya çərçivəsində poliklinikanın bütün həkim heyəti saat 8:00 – 16:00-dək ehtiyacı olan hər kəsə ödənişsiz tibbi xidmət göstərəcək.