ABŞ-da ətirə qadağa qoyulub

9 İyul 2012 16:06 (UTC+04:00)
Movqe.Az bildirir ki, ABŞ-ın bəzi əyalətlərində bir çox ictimai yerlərdə "ətirə qadağa" tətbiqi başladılıb. Təxminən 50 milyon adamın allergik narahatlıqları olduğu ABŞ-da, ətir səbəbi ilə açılan iddiaların gedərək artması nəticəsində bir çox iş yeri ətir mövzusunda qərar qəbul ediblər.

ABŞ Əhali İdarəsi, ABŞ Sağlamlıq və İnsan Hüquqları Nazirliyi, Portland şəhərindəki bələdiyyədə işləyənlər işlərinə gedərkən ətirdən istifadə etmirlər.

Portland təmizlik firmalarına da binalarda qoxusuz təmizlik məhsulları istifadə etmələri təklifi edilib.

Edilən araşdırmalar  ABŞ-da hər 10 adamdan birinin kimyəvi məhsullara qarşı həssas olduğunu məlum edib.