Azərbaycan mətbuatının 139-cu ildönümü ilə əlaqədar Masallıda jurnalistlər üçün infotur təşkil olunub

24 İyul 2014 18:00 (UTC+04:00)

Xəbər verdiyimiz kimi 22 iyul 2014-cü ildə Masallıda Milli mətbuat günü ilə əlaqədar ənənəvi jurnalist infoturu olmuşdur.

Respublikanın kütləvi informasiya vasitələrinin nümayəndələri rayonun görməli yerlərini gəzib - dolanmış, burada gedən tikinti-abadlıq işləri, yol çəkilişi, Böyük Kolatan kənd tam orta məktəbinin və Kolatan kənd uşaq bağçasının tikintisi ilə yaxından tanış olmuş, Sığdaş kəndində yerləşən "Mürsəlli ocağı"nı ziyarət etmişlər.


İnfotura gələnlər əvvəlcə xüsusi maşınlara əyləşib Böyük Kolatan kəndinə gəldilər.Kənd böyük tikinti meydançasını xatırladır.2,5 hektar sahədə yeni orta məktəb və  uşaq  bağçası tikilir.Respublika aparıcı KİV-lərinin, bölgə və rayon qəzeti müxbirlərinin təşkil etdiyi turda   624 yerlik orta məktəb tikən "ELNUR-2" adlı MMC-nin inşaat ustaları və fəhlələri əvvəlcə jurnalistlərin peşə bayramını təbrik etdilər.Sonra yeni tikinti obyekti ilə tanışlıq baş verdi, korpuslara, otaqlara baxış keçirildi.Sifarişçisi RİH olan tikintiyə 2013-cü ildən baılanmışdır.


Qeyd edək ki, Böyük Kolatanda heç vaxt uşaq bağçası olmayıb.İndi olacaq.Bağça 1 mərtəbədən, 4 qrupdan ibarət olacaqdır.Bütün bunlar haqqinda jurnalistlərə kəndin icra nümayəndəsi Valeh Mikayılov və məktəb direktoru Ağamirzə Müslümov məlumat verdi.Kənd bələdiyyəsinin sədri bütün bu işlərə görə Prezident cənab İlham Əliyevə, Masallı RİHB Rafil Hüseynova minnətdarlığını bildirdi.


Onlar dedilər ki, kəndimizdə, rayonumuzda indiyə kimi belə tikinti-abadlıq işləri görülməmişdi.Yollarımız da rahat asfalt yoludur...


Tikintidən Kolatan həkim məntəqəsinə, burada yerləşən 71 saylı seçki məntəsinə gəldik.Buradakı işlər haqqinda ətraflı məlumat verildi.Bütün görüşlərdə Masallı RİHB aparatının şöbə müdiri Seyfulla Əliyev iştirak edirdi və O,  KİV nümayəndələrini maraqlandıran suallara cavab verirdi.


Sonra yolumuz Sığdaş kəndinə düşdü.Kəndin dördyol ayrıcından birinə - 8 km-ə yeni asfalt çəkilişindəki başlanğıca tamaşa etdik.Dövlət proqramı əsasşnda tikilmiş 480 şagird yerlik ikimərtəbəli Sığdaş kənd tam orta məktəbinə baxdıq.Direktor Şahmar Əmirov bayramımızı təbrik etdi, məktəbin uğurlarından danışdı...


Daha sonra 2011-ci ildə tikilmiş-əsaslı təmirdən sonra olan məscid-ziyarətgahda olduq.Məscidin axundu, rusiyada ali təhsil almış dindar bizə kəndin tarixi haqqinda məlumat verdi, ziyarətgahdakı bulaq  suyundan şəfa tapmaq üçün içdik.Allaha dualar etdik.Axund, dindarlar və kənd camaatı adından bütün bu işlərə görə Prezident cənab İlham Əliyevə, Masallı Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynova  minnətdarlığını bildirdi.Dedi ki, Allah R.Hüseynova da kömək olsun, bugünkü əziz Orucluq günləri ona qüvvət versin ki, Masallıdakı abadlığı daha inkişaf etdirsin.O, işlək, adamları tanıyan, diqqətli rayon rəhbəridir.


Ziyarətdən sonra kənddəki Az.KİL-in qüvvəsilə  5 km məsafədən sakinlər üçün su çəkmiş yerə baxdılar və hər yerdə

olduğu kimi burda da xatirə şəkli çəkdirdilər və oradan da İstisuya -  "Nağıl dünyası"na  gəldik, əvvəlcə çay süfrəsinin və sonra Cənub yay yeməklərinin qonağı olduq.Süfrədə istənilən ləziz yeməklər düzülmüşdü...


Burada Rafil müəllim də iştirak edirdi.

Masallı Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov çıxışında jurnalistlərə xoş gəldindən sonra onları Milli Mətbuat Günü münasibətilə təbrik edərək, onlara yaradıcılıq uğurları arzuladı. İcra başçısı Masallıda gedən tikinti-abadlıq və quruculuq işləri, yeni yaradılacaq infrastruktur layihələri və açılacaq iş yerləri barədə məlumat verdi.


Rafil müəllim yaxşı təsərrüfatçı kimi rayonun bütün işlərini analiz etdi, sonra görüləcək iıləri geniç təhlilini verdi.O, həmişə belədir: edəcəyi abadlıq işlərinn əvvəlcədən danışır, sonra sözünə əməl edir.Hamı belə olmur...


Rayon rəhbərinin geniş və analitik çıxışından sonra dövlət qulluqçusu Ələşrəf Niftiyev,jurnalistlər çıxış etdi, belə ənənəvi görüşə görə Rafil müəllimə təşəkkür etdilər...


Jurnalistlər isə öz növbəsində onların peşə fəaliyyətinin yerinə yetirilməsi üçün yaradılmış şəraitə görə rayon rəhbərliyinə minnətdarlıq ediblər.


Tədbir Masallı rayonunun Istisuyunda, Qəriblər kəndindəki "Nağıl dünyası" istirahət mərkəzində davam etdirildi. Mərasimdə çıxış edənlər kütləvi informasiya vasitələrinin nümayəndələrini Milli Mətbuat Günü münasibətilə bir daha təbrik edib, ölkəmizdə medianın inkişafına göstərilən dövlət qayğısından söhbət açdılar, jurnalistlərin Masallı rayonun ictimai-siyasi həyatında fəal iştirak etdiklərini bildirdilər. Süfrə arxasında söhbət davam etdi. Dəfələrlə j urnalistlərə göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildirdilər. Çıxışlarda milli mətbuatımızın 139 illik tarixindən, müxtəlif dövrlərdə qəzet və jurnallarda çalışan maarifpərvər ziyalıların fəaliyyətindən söhbət açdılar, Ümummilli Lider Heydər Əliyevin mətbuata və jurnalistlərə göstərdiyi diqqət və qayğının bu gün Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirildiyi diqqətə çatdırılıb.