Məkkəyə bu il həcc səfəri edəсək müsəlmanlara dəvə qurbanı kəsmək qadağan edilib.
Bu, MERS-CoV koronavirusunun ("dəvə qripi"nin) yayılması ilə bağlıdır. Bu təklif Səudiyyə Ərəbistanının səhiyyə nazirliyinə bir qrup alim tərəfindən edilib.
Səudiyyədə MERS-CoV virusu peyda olandan 721 nəfər xəstələnib, onlardan 297 həlak olub. 2012-ci ildən bu qrip insanlar üçün patogen sayılır. Alimlərin araşdırmasına görə, qrip birhürgəcli dəvələr tərəfindən yayılır.
Hər il həcc zamanı Məkkədə 1,3 milyona yaxın heyvan - qoyun, keçi, dəvə və inək kəsilir. Həcc ay təqvimi ilə Zül-Hiccə ayının ilk günlərində həyata keçirilir. Bu il oktyabr ayına düşür.
(Anspress)