Azərbaycana gətirilən kreslolardan tiryək çıxdı

24 İyul 2014 19:11 (UTC+04:00)

Növbətçi İran vətəndaşlarının Azərbaycana gətirdiyi kreslolardan 45 qram tiryək çıxıb. Dövlət Gömrük Komitəsindən ANS PRESS-ə verilən məlumata görə, Astara Gömrük İdarəsinin sərnişin-nəqliyyat şöbəsində İran İslam Respublikasından Azərbaycan Respublikasına gələn İran vətəndaşları - Parvizi Hormoz Anoush oğlu və onun köməkçisi Gholamin Bahman Alijan oğlunun idarə etdikləri "Scania" markalı sərnişin avtobusundakı yüklərə "HEIMANN" markalı rentgen aparatı ilə baxış keçirilib.

Baxış zamanı 5 ədəd kreslonun içərisində - arxa hissədə korpusa bərkidilmiş vəziyyətdə, müxtəlif ölçülü plastik borularda xalis çəkisi 45 qram olan narkotik vasitə - tiryək aşkar edilib.