Azərbaycanlı akademikin əsəri İspaniya Kral Akademiyasına göndərildi

24 İyul 2014 19:19 (UTC+04:00)

Təhsil AMEA Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru, akademik Rafael Hüseynovun YUNESKO səviyyəsində 900 illik yubileyi qeyd edilən, XII əsrin görkəmli Azərbaycan şairəsi Məhsəti Gəncəvinin həyat və yaradıcılığından bəhs edən dünyanın 21 dilinə tərcümə olunmuş əsəri bir çox ölkələrin mədəniyyət mərkəzləri, kitabxanalar və elmi müəsisələrinə göndərilib.

Bu barədə ANS PRESS-ə AMEA Milli Azərbaycan Ədəbiyyatı Muzeyini Mətbuat Xidmətindən məlumat verilib.

Qeyd edək ki, 30 may 2014-cü il tarixdə Azərbaycan Milli Elmlər Akademiyası və İspaniya İqtisadiyyat və Maliyyə Kral Akademiyası arasında araşdırmaların daha da genişləndirilməsinə dair memorandum imzalanıb.

İspaniya İqtisadiyyat və Maliyyə Kral Akademiyasının kitabxanası ilə əməkdaşlıq əlaqələri qurmaqməqsədilə Nizami muzeyi tərəfindən kitabın ispan dilində olan nüsxəsi akademiyaya göndərilmiş və kitabxana fonduna daxil edilib.

Gələcəkdə muzey və İspaniya İqtisadiyyat və Maliyyə Kral Akademiyası arasında kitab mübadilələri, konfransların təşkili və s. ortaq maraq kəsb edən tədbirlərin həyata keçirilməsi də nəzərdə tutulur.