Paytaxtda 33 yaşlı kişi özünü asıb

25 İyul 2014 11:58 (UTC+04:00)

Qaradağ Rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, hadisə Lökbatan qəsəbəsində qeydə alınıb.


Qəsəbə sakini, 1981-ci il təvəllüdlü Ramin Mehdiyev yaşadığı evdə özünü asıb. Onun özünə qəsd etməsinin səbəbləri hələlik məlum deyil.


Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.