Hava sərinləşəcək

25 İyul 2014 15:42 (UTC+04:00)

İyulun 26-da və 27-də Bakı və Abşeron yarımadasında şimal küləyinin güclənəcəyi gözlənilir.


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun məlumatına görə,  iyulun 27-də və 28-də havanın temperatur 3-5 dərəcə düşəcək.

 

İyulun 26-da Bakı və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Şimal-qərb küləyi əsəcək, arabir güclənəcək.

 

Havanın temperaturu gecə 22-27, gündüz 34-37 dərəcə isti olacaq.

 

Sabah Azərbaycanın rayonlarında əsasən yağmursuz hava şəraiti gözlənilir. Qərb küləyi əsəcək, arabir güclənəcək.

 

Havanın temperaturu gecə 20-25, gündüz 33-38, dağlarda gecə 12-17, gündüz 23-28 dərəcə isti olacaq.