Bakıda 56 yaşlı qadını küçədə öldürdülər

25 İyul 2014 16:27 (UTC+04:00)

Bu gün səhər saatlarında Bakının Sabunçu rayonunda piyada ölümü ilə nəticələnən yol qəzası baş verib.


Rayon Polis İdarəsindən verilən əmlumata görə, hadisə Kürdəxanı yolunda qeydə alınıb.


Belə ki, küçədə yaşı təxminən 56 olan qadın meyidi tapılıb. Araşdırmalar zamanı qadının yolu keçərkən naməlum maşın tərəfindən vurulduğu məlum olub.


Qadını vuran sürücü isə hadisə yerindən qaçıb. Onun meyidini isə küçəyə atıb


Faktla bağlı araşdırma aparılır.(azxeber.com)