Məmur övladı məhkəmədə
25 İyul 2014 16:41 (UTC+04:00)
"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyətinin
(QSC) sabiq sədr müavini Mübariz Mədətovun oğlu Xalid Mədətovun bu
gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim qarşına çıxıb. Movqe.az
xəbər verir ki, xalq artisti Ağasəlim Abdullayevin ailə üzvlərinin
ölümününə səbəb olan X. Mədətovun cinayət işi üzrə hazırlıq iclası
keçirilib. Bildirilib ki, cinayət işi üzrə hazırlıq iclası
X.Mədətovun özü iştirak edib. Məhkəmə prosessi açıq təyin olunub.
X.Mədətovun ilkin məhkəmə baxış iclası avqustun 1-nə təyin
edilib.Qeyd edək ki, martın 15-də saat 00:30 radələrində Suraxanı
rayonu, Zığ şossesidə Abdullayev Vüqar Ağasəlim oğlunun idarə
etdiyi VAZ-2106 markalı avtomobillə Mədətov Xalid Mübariz oğlunun
idarə etdiyi "Mersedes-Benz G-55" markalı avtomobilin toqquşması
nəticəsində VAZ-2106-da olan sərnişinlər 1959-cü il təvəllüdlü
Briliyant Abdullayeva və 2008-ci il təvəllüdlü Ağasəlim Abdullayev
hadisə yerində ölmüş, 1950-ci il təvəllüdlü Ağasəlim Abdullayev və
1984-cü il təvəllüdlü Səadət Abdullayeva isə müxtəlif dərəcəli
bədən xəsarətləri ilə 3 saylı Şəhər Klinik xəstəxanasına
yerləşdiriliblər.
Fakta görə, Surxanı Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin
263.3-cü (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı
qaydalarını pozma ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə
səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb, müvafiq
ekspertizalar təyin edilib və digər zəruri istintaq hərəkətləri
yerinə yetirilib.
Yol nəqliyyat hadisəsinin "Mersedes-Benz G-55" markalı avtomobilin
sürücüsü Xalid Mədətov tərəfindən törədilməsinə kifayət qədər
əsaslı şübhələr olduğundan o, şübhəli şəxs qismində tutularaq
istintaqa cəlb olunub.
Sürücü Xalid Mədətov narkoloji tibbi müayinədən keçirilərkən orta
dərəcəli alkaqol sərxoşluğu vəziyyətində olması müəyyən
edildiyindən cinayət işi Cinayət Məcəlləsinin 263-1.4-cü (Yol
hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını sərxoş
halda və ya nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs
tərəfindən pozma ehtiyatsızlıqdan iki və ya daha çox şəxsin ölümünə
səbəb olduqda) maddəsinə tövsif edilib.