Əməkdar artist: "Güclü qadının arxasında böyük xəyanətlər dayanır..."

25 İyul 2014 16:50 (UTC+04:00)
Movqe.az xəbər verir  ki ,əməkdar artist, müğənni Lalə Məmmədova xəyanətdən danışıb. Bir müddət öncə həyat yoldaşı ilə yollarını ayıran müğənni sosial şəbəkədəki səhifəsində bu barədə status palaşıb.  "Hər bir güclü kişinin arxasında güclü qadın dayanırsa, hər bir güclü qadının arxasında böyük xəyanətlər dayanır".
Bu sözlərin konkret kimə ünvanlandığı isə bəlli deyil. Xatırladaq ki, əməkdar artist həyat yoldaşının ona xəyanət etdiyini demişdi. "Xəyanət edən insana ikinci şans vermək lazım deyil. İnsan xəyanət edirsə, kəsilən duz-çörəyə əhəmiyyət vermirsə, ona beşinci şans versən də xeyri yoxdur. Hər kəsə onu deyərdim ki, ac qalın, amma xəyanət edənə dönməyin. Mən də övladıma görə xəyanəti bağışlamışam. Övlad üçün tək ana kifayət etmir, uşağa ata diqqəti də lazımdır. Allah ikinci qızımı mənə elə bir vaxtda qismət etdi ki, seçim qarşısında qaldım. Amma mən körpəmi seçdim. Çünki günaha batmaqdan qorxurdum. O həyatımda heç bir maneə yaratmadı. Sona qədər səhnə fəaliyyətimi davam etdirdim".