Kök qadınlar daha az yaşayır

25 İyul 2014 17:12 (UTC+04:00)

Alimlərin son araşdırmalarından biri gənclik illərində artıq çəkidən əziyyət çəkmiş xanımların daha tez öldüklərini üzə çıxarıb. Rusiya mətbuatında yer alan bir məlumata görə, onların qocalmadan ölmək riski "nərmənazik" qadınlarla müqayisədə düz 2 dəfə artıqdır.

Eksperiment zamanı alimlər yaşı 20-80 arasında olan təxminən 5000 qadını müayinə edib. Məlum olub ki, kök qadınların 60 yaşadək yaşamaq şansları daha azdır. Əgər artıq çəki hələ gənc yaşlardan yığılıbsa, bu zaman risk daha da yüksəkdir.


Alimlər bildirir ki, bütün ömrü boyu artıq çəkidən əziyyət çəkən xanımlar digərlərilə müqayisədə təxminən 8 il az yaşayır.