Röyanın Nabrandakı biznesi üzə çıxdı - FOTO

25 İyul 2014 17:25 (UTC+04:00)

Xəbər verdiyimiz kimi, müğənni Röya Ayxanın Xaçmaz Rayonunun Nabran qəsəbəsində şəxsi villası var

Movqe.az gecce.az-a istinadən xəbər verir ki, müğənni şəxsi villasının yanında, istirahət üçün nəzərdə tutulmuş bir neçə kiçik evlər tikdirib.

 

Adıçəkilən mənzillər isə Nabrana istirahətə gələn turistlərə gündəlik kirayəyə verilir. Həmin yaşayış evləri, ailəvi istirahət edən insanlar üçün tikilib.

 

Qeyd edək ki, adıçəkilən istirahət mərkəzində həmin evlərin gündəlik qiyməti 50-150 manat qiymətindədir.

 

Xatırladaq ki, Röyaya bahalı villanı qayınatası, iş adamı Çingiz Cəlilov hədiyyə edib.