Son dəqiqə: Türk ulduz futbolçu üçün danışıqlara başlandı

25 İyul 2014 17:45 (UTC+04:00)

"Atletico"nun (Madrid) türk futbolçusu Arda Turan üçün, ingilis mətbuatı səs gətirəcək bir transfer xəbərini yayımladı.


Movqe.az Goal.az-a istinadən xəbər verir ki, geridə buraxdığımız həftələrdə adı "Liverool"la hallanan Arda Turan, İngilis "Metro" qəzetinin yaydığı xəbərə görə "Manchester United"in hədəfindədir.


Qəzetdə yer alan xəbərə görə "qırmızı şeytanlar"ın  ispan klubu ilə türk ulduzun transferi üçün rəsmi danışıqlara başladığı bildirilir. Bu il Premyer Liqada çempion olmağı qarşısına məqsəd qoyan "Mankunyan"ların Ardanın transferi üçün Naninin satışından əldə olunacaq qazancı da yatıracağı oxuyuculara bildirildi.