Qocalmanın sürəti etnik mənsubiyyətdən asılıdır

26 İyul 2014 09:07 (UTC+04:00)

Ekspertlərin sözlərinə görə, afroamaerikalılar daha sürətlə qocalırlar (onların bioloji yaşı ağdərili əhali ilə müqayisədə təqribən üç il çoxdur). Bu səbəbdən də onlar arasında ölüm göstəriciləri daha yüksəkdir. Mütəxəssislərin bildirdiyinə görə, bioloji yaşdakı fərq insan 60-69 yaşda olana qədər artır. Sonra enmə başlayır.

Cənubi Kaliforniya Universiyteti yanında Devis Gerontologiya Mərkəzindən olan Morqan Levin və Eylin Krimmins qocalma ilə bağlı 10 biomarkeri tədqiq edərək müxtəlif insanların bioloji yaşını hesablayıblar. Markerlər sırasına C-reaktiv zülalı, zərdab kreatinin, glikoziləşdirilmiş hemoqlobin, sistolik təzyiq və ümumi xolestrin daxildir. Həmçinin bədən kütləsinin İndeksi , təhsilin səviyyəsi və tütün asılılığının olub-olmaması nəzərə alınıb.

Afroamerikalılar qrupunda orta yaş 53,16 il olub. Ağdərili insanlar qrupunda isə 49,84 il olub. Istisna deyildir ki, fərq stressin təsiri ilə şərtlənib. Məlum olduğu kimi, Yeni tarixdə qanunauyğunluqda baş vermiş dəyişikliklərə baxmayaraq, qaradərili əhaliyə münasibət indiyə kimi birmənalı deyildir.