Hicran Hüseynova Siyəzən rayonunda vətəndaşları qəbul edib

25 İyul 2014 18:45 (UTC+04:00)

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova Siyəzən rayonunda Xızı, Şabran, Quba, Qusar və Xaçmaz rayonlarından olan vətəndaşları qəbul edib.

Komitədən APA-ya verilən məlumata görə, qəbul zamanı bu rayonlardan olan 15 ailə öz problemləri ilə bağlı müraciət ediblər.

 

Vətəndaşları qəbul edən Komitə sədri onların problemlərini dinləyərək, bir çoxunun elə yerindəcə həll edilməsinə nail olub.

 

Qeyd edək ki, bu müraciətlər arasında məşğulluq, sağlamlıq, aliment, müavinətlərin alınması və digər məsələlər yer alıb. Həmçinin işsiz qadınların işlə təmin olunması ilə bağlı yerlərdə uşaq baxçalarının açılması təklifi irəli sürülüb.