Taxıl qəbuluna başlandı

25 İyul 2014 19:15 (UTC+04:00)
Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Dövlət Material Ehtiyatları Agentliyi Dövlət Taxıl Fondu üçün taxıl qəbuluna başlayıb. Movqe.az-ın  məlumatına görə, taxıl qəbulu Fövqəladə Hallar Nazirliyinin "Səngəçal" və "Gəncə" Taxıl elevatorları, həmçinin, "Abşeron Taxıl" MMC, "Karat-Holdinq" MMC, "Karmen" MMC, "FATOĞLU" MMC, N.Quliyev adına "Bakı-Taxıl" ASC, "Araz ASC" və "Aveta" MMC müəssisələri vasitəsilə aparılacaq.

Müəssisələr yerli buğda istehsalçılarından məhsulun bir tonunu 240 AZN ödəməklə alacaq. Dövlət Taxıl Fonduna tədarük olunan taxıl üçün qəbul edilmiş keyfiyyət göstəricilərinə cavab verən buğda qəbulu aşağıdakı kimdir:

I. Dənin naturası(bir lititlik purkalarda qramla):
buğda üçün -750 q/l-dən az olmamaqla
II. Alaq otları (zibil)qarışığı (faizlə)
buğda üçün -2 faizdən çox olmamaqla
III. Dən qarışığı (faizlə):
buğda üçün - 5 faizdən çox olmamaqla
IV. Nəmlik (faizlə): -13,0 faizdən çox olmamaqla
V. Yapışqanlıq 3-cü sinif buğda üçün : - 23 faizdən az olmamaqla
yapışqanlığın keyfiyyəti -2-ci qrupdan aşağı olmamaqla
VI. Şüşəvarilik
-3-cü sinif buğda üçün -40-45% hüdudlarında

VII. İyi və dad-bütün bitkilər üfunət, səməni, - yol verilmir
acıyovşan və ya dənli bitkilərə xas olmayan və
onların emalı məhsullarına keçən (kerosin, benzin,
sarımsaq və buna oxşar maddələr) digər iy və dad

VIII. Sürmə ilə sirayətlənmiş dənlər -yol verilmir
IX. Anbar ziyanvericiləri - yol verilmir
ilə sirayətlənmə bütün bitkilər üçün
X. Digər əlamətlər–bütün bitkilər üçün -yol verilmir
karantin və iqtisadi cəhətdən
təhlükəli xəstəlik, zərərverici və alaq
otlarının toxumları olan dən (heyvanların yoluxucu və ya tarlada qışlayan xəstəliklərlə sirayətlənmiş, tərkibi toksiki elementlər, radionukleidlər, pestisidlərlə çirklənmiş dənlər, həmçinin, ekoloji baxımdan əlverişsiz təsərrüfatlarda becərilmiş məhsul)

Bildiririk ki, bu keyfiyyət göstəricilərinin tələblərinə cavab verməyən və məhsulun keyfiyyət göstəriciləri barədə akkreditə olunmuş laboratoriyadan sertifikatı olmayan buğda məhsulu qəbul edilməyəcək.