DSMF-də kollegiya iclası keçirildi (FOTO)
25 İyul 2014 19:30 (UTC+04:00)
Dövlət Sosial Müdafiə Fondunda 2014-cü ilin I
yarımilliyinin yekunları və qarşıda duran vəzifələrlə bağlı geniş
kollegiya iclası keçirilib. DSMF-nin
İctimaiyyətlə əlaqələr sektorundan Movqe.az-a verilən
məlumata görə, iclası giriş sözü ilə açan DSMF sədri Elman Mehdiyev
vurğulayıb ki, prezident İlham Əliyevin uğurla həyata keçirdiyi
islahatlar nəticəsində ölkəmizin sosial-iqtisadi həyatının bütün
sahələrinin, o cümlədən sığorta-pensiya sisteminin yüksələn xətlə
inkişafı təmin edilib, əhalinin sosial rifahı daha da
yaxşılaşıb.
Bu əsasda Dövlət Sosial Müdafiə Fondunun gəlir və
xərclərinin icrası, sığorta-pensiya sistemində beynəlxalq
standartların tətbiqi və əmək pensiyaçılarının sosial müdafiəsinin
gücləndirilməsi tədbirləri 2014-cü ilin 6 ayında da uğurla davam
etdirilib. E.Mehdiyev çıxışı zamanı 2014-cü ilin birinci yarısının
yekunları və qarşıda duran vəzifələr barədə ətraflı məlumat
verib.
DSMF sədri ötən illərdə olduğu kimi, 2014-cü ildə
də Azərbaycanda həyata keçirilən sığorta - pensiya islahatlarının
nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən yüksək
qiymətləndirildiyini vurğulayıb. O, DSMF-nin əhaliyə elektron
xidmətlər göstərilməsi sahəsində təcrübəsi nəzərə alınaraq cari
ilin oktyabr ayında Beynəlxalq Sosial Təminat Assosiasiyasının
sığorta-pensiya sistemində elektron xidmətlər mövzusunda beynəlxalq
konfransının Bakı şəhərində keçiriləcəyini diqqətə çatdırıb. E.
Mehdiyev həmçinin bildirib ki, sığorta-pensiya sistemində yığım
komponentinin tətbiqi və qeyri-dövlət pensiya fondlarının
fəaliyyəti üzrə qanunvericiliyin hazırlanması sahəsində DSMF və
Avropa İttifaqının birgə layihəsi fəaliyyətini uğurla davam
etdirir.
Sonra Fondun aparatının ayrı-ayrı şöbələrinin
müdirləri hesabat dövründə həyata keçirilmiş tədbirlər, mövcud
problemlər və qarşıda duran vəzifələrlə bağlı çıxış ediblər.
Kollegiya iclasında Fondun yerli orqanlarının 2014-cü ilin I
yarımilliyindəki fəaliyyəti ətraflı təhlil
edilib.
İclasda Azərbaycan Respublikası Prezidentinin
2008-ci il 30 dekabr tarixli Sərəncamı ilə təsdiq edilmiş
"2009-2015-ci illərdə Azərbaycan Respublikasında sığorta-pensiya
sisteminin inkişafına dair Dövlət Proqramı"nda icrası 2014-cü il
üçün nəzərdə tutulan vəzifələrin yerinə yetirilməsi istiqamətindəki
tədbirlərlə bağlı ətraflı müzakirələr aparılıb.
Müzakirələr zamanı məcburi dövlət sosial
sığortasının əhatə dairəsinin genişləndirilməsi və bu zəmində
vətəndaşların pensiya təminatının daha da təkmilləşdirilməsi, o
cümlədən pensiya təyinatının avtomatlaşdırılması istiqamətində
görülən tədbirlərin daha da sürətləndirilməsi üçün müvafiq
tapşırıqlar verilib.