Azyaşlı qızı zorlayanları döyüb öldürdülər (FOTO)
26 İyul 2014 11:07 (UTC+04:00)
Son günlər daha çox vəhşicəsinə törədilmiş zorlama xəbərləri ilə
dünya mətbuatının gündəminə gələn Hindistanda daha bir analoji
hadisə baş verib. Movqe.az-ın ANS PRESS-ə istinadən xəbərinə görə,
Xaliabazar kəndinin yaxınlığında zorlanaraq ağacdan asılmış 7 yaşlı
qız cəsədi tapılıb. Sakinlər bundan bir gün sonra qızın yanında
gördükləri yerli din xadimini və onun iki dostunu bu məsələdə
şübhəli biliblər.
Məlumata görə, kəndlilərin əhatəyə alaraq soyundurub döydüyü
şübhəlilərdən biri ölüb, iki nəfərin isə vəziyyəti ağırdır. Bununla
kifayətlənməyən yerlilər din xadiminin evini də yandırıblar.
Xatırladaq ki, bir müddət əvvəl Hindistanda ayaqyoluna gedən iki
bacını zorlayaraq öldürüb, sonra onların cəsədini ağacdan
asmışdılar.
