Pentaqon Kiyevə hərbi təlimçilər göndərib

26 İyul 2014 12:01 (UTC+04:00)
ABŞ ordusunun 180 elit təlimçisi Ukraynaya gəlib.

Movqe.az ANS PRESS-ə istinadən xəbər verir ki, təlimçilər aviasiya hədəflərinin vurulması üzrə mütəxəssis və reyncerlərdən (ABŞ hüquq-mühafizə orqanlarının məxsusi cinayətlərin aşkara çıxarılması üzrə alayı) ibarətdir.

Pentaqonun yaydığı məlumata görə onların hamısının Cənubi və Mərkəzi Amerika ölkələri, eləcə də Gürcüstanda təlimçilik üzrə təcrübələri var.

Böyük ehtimalla təlimçilər ölkənin şərq cəbhəsinə yönləndirilən əsgərlərin sürətli hazırlanmaları ilə məşğul olacaqlar.