Ermənilər Ağdərədə yeni qızıl yatağının istismarına başladı
26 İyul 2014 12:10 (UTC+04:00)
Ermənilər işğal olunan Ağdərə rayonunda yeni qızıl yatağının
istismarına başlayıblar. Movqe.az ANS PRESS-ə istinadən xəbər verir
ki , "Beys Metals" erməni şirkəti tərəfindən aşkar olunan yeni
yataq, Kəlbəcərin "heyvalı" yatağından 15 kilometr aralıda
yerləşir. Yataqda emal olunacaq filiz qızıl və bundan daha çox
mis-molibdenlə zəngindir.
Şirkətin verdiyi məlumata görə burada il ərzində 1 milyon 600 min
ton filiz istehsal olunacaq. Bundan əlavə yataqda daha bir neçə on
milyon ton filiz aşkarlanacağı güman edilir. Yatağın filizi 20-22%
mis ekstratı təşkil edir. Hazırda "Heyvalı" yatağını istismar edən
şirkətin min nəfər işçisi olduğu halda yeni yatağın istismara
verilməsindən sonra bu rəqəm 1500 çatdırılacaq.
Qeyd edək ki, "Beys Metals" şirkətinin yaydığı məlumata əsasən,
onlar qondarma respublikanın istehsal olunan sənaye məhsulunun 40%
təmin edir.