Cəbhədə gərgin gecə: 41 dəfə atəşkəs pozulub
26 İyul 2014 13:14 (UTC+04:00)
Müdafiə Nazirliyi bildirir ki, cəbhənin müxtəlif istiqamətlərində
sutka ərzində atəşkəs rejimi ümumilikdə 41 dəfə pozulub.
Movqe.az xəbər verir ki, erməni silahlı bölmələri dünən və bu gecə
Ermənistan Respublikasının Berd rayonunun ərazisindəki adsız
yüksəkliklərdə, Çinari, Ayqepar və Mosesqex kəndlərində yerləşən
mövqelərdən Tovuz rayonunun ərazisindəki adsız yüksəkliklərdə,
Koxanəbi, Əlibəyli, Hacıalılı və Ağdam kəndlərində yerləşən
mövqelərimizi atəşə tutublar.
Berd rayonunun Ayqepar və Mosesqex kəndlərində yerləşən mövqelərdən
Tovuz rayonunun Əlibəyli kəndində yerləşən mövqelərimiz gecə
saatlarında 21:30-dan 01:50-dək avtomat və iri çaplı silahlardan
intensiv atəşə məruz qalıb.
Tərtər rayonunun Çiləbürt, Göyarx, Qızıl Oba, Ağdam rayonunun
Yusifcanlı, Mərzili, Füzuli rayonunun Horadiz, Goranboy rayonunun
Tapqaraqoyunlu, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında,
Xocavənd və Göygöl rayonlarının ərazisindəki adsız yüksəkliklərdə
yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə
tutulub.
Qarşı tərəf cavab atəşi ilə susdurulub.