Ermənilərdən Ərdoğana dəstək
26 İyul 2014 15:00 (UTC+04:00)
Türkiyədə yaşayan ermənilər ölkədə avqustun 10-da keçiriləcək
prezident seçkilərində baş nazir Rəcəb Tayyib Ərdoğanı
dəstəkləyəcək. Movqe.az ANS PRESS-ə istinadən xəbər verir ki , bunu
İstanbulda nəşr olunan "Jamanak" qəzetinin redaktoru Ara Qoçunyan
araşdırmalarının nəticəsi olaraq bildirib.
"Türkiyədə 50-60 min erməni yaşayır. Təbii ki, onların hamısı
birmənalı olaraq Ərdoğanı dəstəkləmir. Lakin böyük əksəriyyət baş
naziri dəstəkləyir. Çünki son 10 ildə Türkiyədə milli azlıqların
hüquqları ilə bağlı çox ciddi islahatlar həyata keçirilib.
Ərdoğanın siyasəti nəticəsində Türkiyədə demokratiya, söz və ifadə
azadlığı tamamilə bərpa olunub. Bunun faydasını erməni icması da
gördü. Ona görə də ermənilər prezident seçkilərində baş nazirə səs
verəcək", deyə Qoçunyan bildirib.
Qeyd edək ki, gələn ay Türkiyədə prezident seçkiləri keçiriləcək və
xalq ilk dəfə öz dövlət başçısını seçəcək.