Günün Ramazan təqvimi
26 İyul 2014 16:00 (UTC+04:00)
28 ramazan 1435 – 26 iyul 2014
İmsaq: 05.08
İftar: 21.19
Ramazan ayının 28-ci gününün duası:
"Allahummə vəffir həzzi fihi minən-nəvafil. Və əkrimni fihi
bi-ihzaril-məsail. Və qərrib fihi vəsiləti ileykə min
beynil-vəsail. Ya mən yəşğəluhu ilhahul-mulihhin".
Tərcüməsi:
"İlahi, bu gün mənə yaxşı əməllərin bəhrəsini bol et! İstəklərimi
yerinə yetirməklə mənə kəramət göstər! Sənə yetmək üçün yollar
içindən seçdiyim yolu özünə yaxın et! Ey israr edənlərin öz
israrları ilə məşğul edə bilmədikləri Allah!"
Qeyd edək ki, Bakı üçün nəzərdə tutulan oruca başlama (imsaq) və
orucu açmaq (iftar) vaxtları Qafqaz Müsəlmaları İdarəsinin rəsmi
internet saytından götürülüb.
PS. Oruc tutanlar hər ehtimala qarşı imsaq üçün göstərilən vaxtdan
10 – 15 dəqiqə əvvəl yemək, içmək və s. orucu batil edən əməlləri
tərk etməlidir. Belə ki, cədvəllərdə olan fərqlilik bu addımı
zəruri hala gətirir.
Digər şəhərlər üçün Bakı vaxtına edilən əlavələr:
Ağdam +11, Ağdaş +10, Ağsu +5, Ağcabədi +10, Ağstafa +18, Astara
+4, Babək +18, Balakən +5, Beyləqan +10, Bərdə +11, Cəlilabad +6,
Cəbrayıl +12, Culfa +18, Daşkəsən +15, Şəbran +4, Şirvan +4, Füzul
+11, Göyçay +8, Gəncə +14, Gədəbəy +16, Goranboy +12, Horadiz +10,
Göygöl +14, Xaçmaz +4, İsmayıllı +6, İmişli +7, Kəlbəcər +15,
Kürdəmir +6, Qax +11, Qazax +19, Qazıməmməd +4, Qəbələ +8, Quba +5,
Qusar +4, Laçın +14, Lənləran +5, Lerik +7, Masallı +5, Mərəzə +3,
Mingəçevir +11, Merneulli (Tiflis) +20, Naxçıvan +18, Neftçala +3,
Oğuz +11, Ordubad +16, Saatlı +6, Sabirabad +6, Salyan +4, Siyəzən
+3, Sumqayıt +1, Şamaxı +6, Şahbuz +18, Şəki +12, Şəmkir +15, Şərur
+18, Şuşa +13, Tərtər +12, Tovuz +16, Yardımlı +18, Yevlax +11,
Ucar +8, Zaqatala +15, Zəngilan +13, Zərdab +9