Bakıda üçəm doğuldu

26 İyul 2014 17:00 (UTC+04:00)
Perenetal mərkəzdə dünyaya gələn 4 üçəmdən biri də Novruzovlar ailəsinə məxsusdur.

Movqe.az ANS TV-ə istinadən xəbər verir ki, 2 oğlan bir qız övladına keysəriyyə yolu ilə sahib olan 27 yaşlı Amalya xanımın bu ilk övladları sayılır. Həkimlər ananın bu uşaqları heç də suni mayalanma ilə deyil, irsi olaraq sahib olduğunu dedi.

Həkim Gülmira Qayxanovanın sözlərinə görə, ananın vəziyyəti kafidir: "Az miqdarda ana südü gətirir. Uşaqlar arasında paylaşdırırıq".

Üçəmlərin doğulmasına həkim kollektivilə yanaşı uşaqların ailəsi də sevinir. Amma bir tərəfdən də maddi vəziyyətin ağırlığı, onları bu şadlıqdan bir anlıq uzaqlaşdırır. Öyrənirik ki, körpələrin atası kimi babaları da fəhləliklə çörək pulu qazanır. Onların yaşayacağı mənzil isə heç 20 kvadrat metr deyil.

Üçəmlərin babası Vahid Nəbiyev isə deyir ki, oğlu, qızı, yoldaşı da burada qalır. "Mən indi Amaliyanı da bura gətirim, necə edəcəm, yer yoxdur".

İndi ailə yaxın günlərdə xəstəxanadan evlərinə çıxaracaqları üçəmlərlə yanaşı analarının da yolunu gözləyir. Elə bu övladları ayağı ilə evlərinə ruzinin də gələcəyini inanırlar. Axı uşaq verən Allah onun ruzisini də yetirir.