İlisu Dövlət Qoruğu yanıb

26 İyul 2014 17:04 (UTC+04:00)
Qaxda İlisu Dövlət Təbiət Qoruğunun ərazisində baş verən güclü yanğın 150 hektar ərazini əhatə edib.

Movqe.az ANS TV-ə istinadən xəbər verir ki , yanğın səhər saatlarında başlasa da rayon Yanğından Mühafizə Hissəsinə, axşam saat 21 radələrində məlumat verilib. Yanğın baş verən əraziyə Qax rayon Yanğından Mühafizə Hissəsinin 3 yanğınsöndürən maşını və canlı qüvvəsi, cəlb olunub. Lakin yanğın alovlanaraq daha böyük ərazini əhatə etdiyindən kömək üçün Şəki, Zaqatala və Balakən rayonlarından əlavə qüvvə cəlb olunub.

Bir neçə saat davam edən yanğın gecə lokallaşdırılsa da yalnız səhərə yaxın onu tam söndürmək mümkün olub. Yanğın nəticəsində təxminən İlisu Dövlət Təbiət Qoruğuna daxil olan 150 ha ərazidə biçilmiş taxıl sahələri və kol-kos yanıb.

Əraziyə cəlb olunan texnika və yanğınsöndürənlər alovun meşə zolağına keçməsinin qarşısı ala bilib.

Hadisənin baş vermə səbəbləri hələlik məlum deyil.