“Koroğlu” stansiyasının yaxınlığındakı qətlin təfərrüatları
26 İyul 2014 18:05 (UTC+04:00)
Paytaxtın Nizami rayonunda, Qara Qarayev prospekti, 2 a ünvanında
metronun "Koroğlu" stansiyası yaxınlığında naməlum kişi meyiti
tapılıb.
Movqe.az ANS TV-ə istinadən xəbər verir ki, hadisə yerinə gələn
Nizami Rayon Polis İdarəsi və 25-ci bölməsinin əməkdaşları cəlb
olunub.
Bundan əlavə kriminalistik ekspertiza da əraziyə çağrılıb. Meyitə
baxış zamanı müəyyən olunub ki, o, heç də öz əcəli deyil, başından
aldığı küt alətin zərbəsi nəticəsində dünyasını dəyişib.
Təxminən 35-40 yaşında olan bu şəxsin meyiti müayinə olunması üçün
məhkəmə tibbi-ekspertizasına göndərilib. Onun başqa millətə mənsub
olduğu ehtimal edilir. Üzərində şəxsiyyətini təsdiq edən heç bir
sənəd tapılmadığından meyitin kimliyi araşdırılır.
Elə bununla bağlı Nizami Rayon Prokurorluğunda cinayət iş də
başlanılıb.