Tərtərdə ev yandı: xəsarət alan var

26 İyul 2014 19:03 (UTC+04:00)
Tərtər rayonunda ev yanıb.

Movqe.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumat verir ki, Tərtər rayonu, Hacıqərvənd kəndində (rayon mərkəzindən 2 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 170 kv.m olan birmərtəbəlin 5 otaqlı evin dam örtüyünün yanar konstruksiyaları 170 kv.m sahədə və 2 otağının yanar konstruksiyalar 56 kv.m sahədə yanıb.

Yanğın zamanı ev sahibinin nəvəsi yanıq xəsarətləri alıb.

Evin qalan hissəsi yanğında mühafizə olunub.

Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.