5 fəhlə 10 metr hündürlükdən düşdü
26 İyul 2014 20:05 (UTC+04:00)
Ağstafa rayon Poylu qəsəbəsində Kür çayı üzərindən keçən dəmiryol
körpüsündə bədbəxt hadisə baş verib.
Movqe.az-ın APA-ya istinadən məlumatına görə, 5 fəhlə 10 metr
hündürlükdən düşərək ağır xəsarət alıb.
Fəhlələr körpü üzərində qaynaq işləri apararkən dəmir pilləkən
anidən qırılıb.
Nəticədə 5 fəhlə 10 metr hündürlükdən yerə düşüb.
Hadisə nəticəsində xəsarət alan Mansurov Yaşar Musa oğlu, Rüstəmov
Talıb Rəcəb oğlu və Əmiraslanov Elxan Ağstafa, Tağıyev Çingiz Ənvər
oğlu və Hüseynov Elxan isə Qazax Mərkəzi Rayon Xəstəxanasına
yerləşdiriliblər.
Qeyd edək ki, dəmiryolu körpüsündən xaricə yük və sərnişin
daşınması üçün istifadə olunur.