Niderlandlı hərbi polislər Xarkova gəlib
26 İyul 2014 21:00 (UTC+04:00)
"Malayziya Hava Yolları"na məxsus "Boeing 777" sərnişin
təyyarəsinin qəzaya uğradığı yeri təftiş etmək məqsədilə
Niderlanddan 40 hərbi polis Ukraynanın Xarkov şəhərinə gəlib.
Movqe.az ANS PRESS-ə istinadən xəbər verir ki, Ukrayna ərazisinə
silahsız gələn niderlandlı hərbi polislər avstraliyalı polislərlə
birlikdə qəza yerində növbət çəkəcəklər. Bu gün nəqliyyat
təyyarələri tanınma proseduru üçün Niderlanda göndərilən sərnişin
qalıqlarının sonuncu partiyasını Xarkovdan çıxara bilər.
İyulun 17-də Niderlandın paytaxtı Amsterdamdan Malayziyanın
paytaxtı Kuala-Lumpura uçarkən Donetsk vilayəti yaxınlığında
raketlə vurulduğu ehtimal edilən təyyarədəki 298 nəfərin hamısı
həlak olmuşdu.
Ukrayna rəhbərliyi rusiyayönümlü qüvvələri qəzadan sonra dəlilləri
məhv etmək cəhdində ittiham edir, separatçılar isə bu ittihamları
rədd edirlər.