Erməni əsgəri öldürüldü
26 İyul 2014 22:00 (UTC+04:00)
Ermənistan Silahlı Qüvvələri bu gün səhər saatlarında itki verib.
Movqe.az ANS PRESS-ə istinadən xəbər verir ki, bu barədə Ermənistan
müdafiə naziri Seyran Ohanyan açıqlama verib.
Nazirin sözlərinə görə, Azərbaycan-Ermənistan sərhədində baş vermiş
atışma zamanı bir erməni əsgəri ölüb, ikisi isə yaralanıb.
Ohanyan xəstəxanaya yerləşdirilən yaralı əsgərlərin vəziyyətinin
ağır olduğunu deyib.
Xatırladaq ki, bu gücə erməni kəşfiyyat-təxribat qrupları Ağdam və
Goranboy rayonları ərazisində qoşunların təmas xəttini keçməyə cəhd
göstərib. Silahlı Qüvvələrimizin bölmələrinin sayıqlığı nəticəsində
düşmənin səngərlərimizə yaxınlaşması qabaqcadan aşkar edilərək
təxribatın qarşısı alınıb.
Qısamüddətli şiddətli atışmadan sonra erməni bölmələri itki verərək
geri çəkilməyə məcbur edilib.
Silahlı Qüvvələrimizin bölmələri heç bir itki verməyib.