Maştağada narkotik bitkilər tapıldı

26 İyul 2014 23:09 (UTC+04:00)
Maştağa sakininin həyətində narkotik tərkibli bitkilər aşkar edilib.Movqe.az xəbər verir ki ,  Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən verilən məlumata görə, əməliyyat Sabunçu rayon Polis İdarəsi 14-cü polis bölməsi əməkdaşları tərəfindən keçirilib.

Keçirilən əməliyyat nəticəsində Maştağa qəsəbəsi, Xanlar küçəsində yaşayan 1961-ci il təvəllüdlü Ağahüseyn Ağamovun həyətyanı sahəsindən ümumi çəkisi 28 kiloqram 300 qram olan 201 ədəd çətənə kolu və 960 qram qurudulmuş marixuana aşkar olunub.

Aşkarlanan narkotik vasitələr məhv edilib.

Faktla bağlı araşdırma aparılır.