TQDK qəbul imtahanı keçirir
27 İyul 2014 10:10 (UTC+04:00)
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) bu gün Azərbaycan
Respublikası Müdafiə Nazirliyinin hərbi liseylərinə və Azərbaycan
Tibb Universitetinin Hərbi Tibb Məktəbinin Feldşer ixtisasına qəbul
imtahanı keçirəcəkdir.
Movqe.az xəbər verir ki, imtahan Bakı və Naxçıvan şəhərlərində
ümumilikdə 4 binada təşkil olunacaq. İmtahanın idarə olunmasına 19
imtahan rəhbəri, 204 nəzarətçi-müəllim cəlb edilib.
İmtahanda 2429 abituriyentin (Bakı şəhərində 1711 nəfər, Naxçıvan
şəhərində 718 nəfər) iştirakı nəzərdə tutulur. Onlardan 106 nəfəri
Hərbi Tibb Məktəbinə, 2323 nəfəri isə hərbi liseylərə imtahan
verəcək.
İmtahan bütün binalarda eyni vaxtda – saat 11:00-da başlanacaq və 2
saat davam edəcək.
İmtahanda iştirak etmək üçün ərizə vermiş abituriyentlər TQDK-nın
internet saytına daxil olaraq "İmtahana buraxılış vərəqəsi"ni çap
edirlər. Buraxılış vərəqəsi ilə yanaşı onlara "Yaddaş
kitabçası"ndan çıxarış da təqdim olunur. Burada abituriyentlərə
imtahan prosesi ilə bağlı vacib tövsiyələr, onların əməl etməli
olduqları qaydalar və digər zəruri məlumatlar çatdırılır.
Abituriyentlər imtahana özləri ilə 2 sənəd gətirməlidirlər:
- şəxsiyyəti təsdiq edən sənədin əslini;
- "İmtahana buraxılış vərəqəsi"ni.
Gostərilən sənədlərdən biri olmadıqda və ya sənədlər arasında
uyğunsuzluq olduqda abituriyent imtahana buraxılmayacaq.
İmtahan binasına giriş zamanı üzərində mobil telefon, konspekt və
digər yardımçı vasitələr aşkar olunan abituriyentlər barədə akt
tərtib olunacaq və imtahan binasına buraxılmayacaqlar.