FHN Gəncədə yanan evlə bağlı məlumat yayıb

27 İyul 2014 12:15 (UTC+04:00)
Fövqəladə Hallar Nazirliyi Gəncədə yaşayış evində baş vermiş yanğınla bağlı məlumat yayıb.

Movqe.az -ın nazirliyin saytına istinadən verdiyi məlumata görə, Gəncə şəhəri, Nizami rayonunda ümumi sahəsi 280 kv.m olan kommunal tipli, 4 ailəyə məxsus birmərtəbəli yaşayış evində vətəndaşa məxsus ümumi sahəsi 50 kv.m olan 3 otaqlı mənzilin yanar konstruksiyaları və ev əşyaları yanıb.

Yanğın zamanı 1 nəfər qadın və 2 azyaşlı uşaq tüstüdən boğulmuş vəziyyətdə Təcili Tibbi Yardım Stansiyasının həkimlərinə təhvil verilib. Digər mənzillər yanğından mühafizə olunub.

Yanğın saat 00:50-də yanğınsöndürən