Alpaqutçularımız 18 qızıl medal gətirdilər

27 İyul 2014 13:10 (UTC+04:00)
Alpaqut üzrə milli yığma komandamız beynəlxalq turnirdə qalib olub.

Movqe.az-ın Azərbaycan Alpaqut Federasiyasından aldığı məlumata görə, Azərbaycanın Alpaqut üzrə milli yığma komandası Gürcüstanın Batumi şəhərində keçirilən "Qara dəniz" beynəlxalq turnirinin qalibi olublar. İdmançılarımız 18 qızıl, 5 gümüş , 1 bürünc medalla vətənə qayıdıblar.

İyul ayının 20-24 tarixlərində keçirilən 1-ci açıq Beynəlxalq Qara Dəniz kuboku uğrunda Bahadır oyunlarında ölkəmizi təmsil etmək üçün 40-dan artıq idmançı Gürcüstan Respublikasının Batumi şəhərinə yola düşmüşdü.

Xatırladaq ki, Alpaqut Turan Döyüş Sənəti, Türk dünyasının idman mədəniyyətini və xüsusəndə döyüş sənətini əks etdirən bir döyüş sistemidir.