Bərzani müsəlmanları İŞİD-ə qarşı qızışdırdı
27 İyul 2014 15:02 (UTC+04:00)
İraq Kürd Yerli Administrasiyasının (İKYA) başçısı Məsud Bərzani
İŞİD-i təqndiq atəşinə tutub.
Movqe.az ANS PRESS-ə istinadən xəbər verir ki, İKYA başçısı Məsud
Bərzani İraq Şam İslam Dövləti (İŞİD) terror qruplaşmasının
Mosuldakı müqəddəs yerləri, məscidləri, türbələri dağıtmasını
kəskin şəkildə tənqid edib.
Bərzaninin bu barədə sözləri İraq Kürd Yerli Administrasiyasının
rəsmi saytında yer alıb.
"Mosul şəhərinin müqəddəs yerləri, türbələr partladılır.
Terroristlər insani dəyərləri ayaq altına alaraq dini və mədəni
irsləri yox etməyə çalışırlar." –deyə Bərzani bildirib.
O, silahlı qruplaşmanın peyğəmbər və alimlərin türbələrini hədəf
seçməsini mədəniyyətsizlik adlandırıb və qəti şəkildə qınadığını
qeyd edib:
"Ümid edirəm ki, həqiqi müsəlmanlar bu böyük hörmətsizliyi qəbul
etməzlər. Onların etdiyi bu hörmətsizliyin əvəzi ödənməlidir."
Qeyd edək ki, İŞİD silahlıları Suriyada və İraqda ələ keçirdiyi
ərazilərdə yerləşən istər xristian, istərsə də müsəlman abidələri
olsun, hamısını məhv edirlər.