Türkiyə sərhədində güclü partlayış: 40 ölü
27 İyul 2014 16:16 (UTC+04:00)
Suriya-Türkiyə sərhədində çox sayda ölümə yol açan güclü partlayış
baş verib.
Movqe.az ANS PRESS-ə istinadən xəbər verir ki , Suriyanın Türkiyə
sərhədindəki İdlip şəhərində yerləşən Atmə qəsəbəsi bazarında
meydana gələn partlayışda 40 nəfərin öldüyü, 60 nəfərin isə
yaralandığı bildirilir.
Atmə qəsəbəsi bazarında meydana gələn dəhşətli hadisə, bomba yüklü
avtomobilin partlaması nəticəsində baş verib. Ölənlər arasında
qadın və uşaqların da olduğu vurğulanır. Ətrafdakı bir çox sayda
avtomobilə və iaşə obyektlərinə də zərər dəyib. 60-dan çox isə
xəsarət alan var ki, onları da yaxınlıqdakı xəstəxanalara
çatdırıblar.
Qeyd edək ki, yaralılardan bəziləri Suriya-Türkiyə sərhədindəki
Cilvəgözü sərhəd-keçid məntəqəsindən keçirilərək Hataydakı müxtəlif
xəstəxanalara aparılıb.
Yaralılardan bəzilərinin vəziyyətinin ağır olduğu bildirilir.