Azərbaycanda 23 yaşlı gənc öldürüldü

27 İyul 2014 19:18 (UTC+04:00)
Şirvanda bir nəfər bıçaqlanaraq öldürülüb.

Movqe.az-ın APA-ya istinadən məlumatına görə, iyulun 26-da Şirvan sakini, 1991-ci il təvəllüdlü Mehrabov Qismət Bəxtiyar oğlu bıçaqlanıb.

Mədə hissəsindən yaralanan Q. Mehrabov xəstəxanaya çatdırılaraq əməliyyat olunub. Lakin həkimlərin ciddi səylərinə baxmayaraq zərərçəkənin həyatını xilas etmək mümkün olmayıb və axşam saatlarında dünyasını dəyişib.

Hadisənin təfərrüatları dəqiqləşdirilir. Hazırda cinayətkarların tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri həyata keçirilir.

Faktla bağlı araşdırma aparılır.