Yol qəzasında 2 nəfər öldü
27 İyul 2014 20:09 (UTC+04:00)
Sumqayıt və Qaxda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş
verib.
Movqe.az ANS PRESS-ə istinadən xəbər verir ki, bu informasiyanı
Daxili İşlər Nazirliyinin mətbuat xidməti yayıb.
Belə ki, Sumqayıtda şəhər sakinləri Toğrul Hüseynalıyevin və Zülal
Hacıyevin idarə etdikləri "VAZ-21099" və "VAZ-2107" markalı
avtomobillər toqquşub. Nəticədə Z.Hacıyev hadisə yerində ölüb, onun
maşınında olan sərnişinlər - Sumqayıt şəhər sakinləri Bayram
Rzayev, İlham Nəcəfov və Səməd Hüseynov xəstəxanaya
yerləşdiriliblər.
Qaxda isə rayon sakini Ramazan Mustafayevin idarə etdiyi
"VAZ-21043" markalı avtomobil yol kənarındakı ağaca çırpılıb.
R.Mustafatev hadisə yerində ölüb.
Hər iki hadisə ilə bağlı cinayət işi açılıb, araşdırma aparılır.