Bakıda kişi meyiti tapıldı

27 İyul 2014 21:19 (UTC+04:00)
Bakıda kişi meyiti tapılıb.

Movqe.az xəbər verdi ki, bu informasiyanı Daxili İşlər Nazirliyinin mətbuat xidməti yayıb.

Hadisə Nizami rayonunun ərazisində qeydə alınıb.

Belə ki, küt alətlə qətlə yetirilən 35-40 yaşlı kişi meyiti tapılıb.

Xəbərdə bildirilir ki, faktla bağlı cinayət işi açılıb.

Nizami Rayon Polis İdarəsinin 25-ci bölməsi tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.