26 yaşlı 1 uşaq atasından faciəvi addım

27 İyul 2014 22:17 (UTC+04:00)
Zaqatalada 26 yaşlı gənc intihar edib.

Movqe.az ANS PRESS-ə istinadən xəbər verir ki, hadisə bu gün səhər saatlarında rayonun Əliabad qəsəbəsində baş verib.

Zaqatala rayon Polis Şöbəsindən verilən məlumatda Əliabad qəsəbə sakini İkram Telman oğlu Ruşanovun cəsədi yaşadığı evin həyətyani sahəsindəki armud ağacından asılı vəziyyətdə ailə üzvüləri tərəfindən aşkar edildiyi bildirilir.

Məlumatda bildirilir ki, 1988-ci il təvəllüdlü İkram Ruşanov evli olub. Onun bir uşağı var.

İkram Ruşanovun intihar səbəbləri məlum deyil.

Faktla bağlı Zaqatala rayon Prokurorluğunda CM-nin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlayıb, araşdırma aparılır.