Həsən Həsənov dəfn olunub
27 İyul 2014 23:02 (UTC+04:00)
Ermənilər tərəfindən Kəlbəcərdə öldürülən Həsən Həsənov Dağlıq
Qarabağda dəfn edilib.
Movqe.az xəbər verir ki , Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK)
Azərbaycan nümayəndəliyinin mətbuat katibi İlahə Hüseynovanın
verdiyi məlumata görə, BQXK-nin Dağlıq Qarabağ ofisi
azərbaycanlı ailə tərəfindən qohumu kimi identifikasiya olunmuş
adamın dəfn olunması barədə məlumatlandırılıb.
Dəfndə müşahidəçi qismində iştirak edən nümayəndənin sözlərinə
görə, dəfn zamanı meyitə hörmətlə yanaşılıb.
İlahə Hüseynova həmçinin qeyd edib ki, Həsən Həsənovun dəfn
olunmasına baxmayaraq BQXK meyitin geri qaytarılması üçün
danışıqları davam etdirir.
Xatırladaq ki, 3 azərbaycanlı iyulun 11-də Kəlbəcərdə girov
düşüblər. Şahbaz Quliyev və Dilqəm Əsgərovu girov götürən ermənilər
Həsən Həsənovu müqavimət göstərdiyi üçün öldürüb. Ermənilər hər 3
azərbaycanlını diversant kimi təqdim edirlər.
KarabakhİNFO.com saytı iki gün əvvəl Həsən Həsənovun cəsədinin
görüntülərini yayımlamışdı.