Xarici investorlara ən çox borcu olan klubların siyahısı açıqlandı.
Goal.az xarici mətbuata istinadən xəbər verir ki, bankalara və digər müəssələrə yüksək məbləğdə borcu olan 10 komandanın yer aldığı siyahıda ingilis klubları daha çox üstünlük təşkil edir.
Siyahıda ilk yerdə 569 milyon dollar borcu olan "Manchester
Unıted" klubu qərarlaşıb. Sonrakı yerləri isə 384 milyon
dollar borcla "Arsenal" 2-ci, 374 milyon dollar borcla ispaniya
klubu "Valencıya" 3-cü yerdə gəlir.
1. "Mançester Yunayted" (İngiltərə) - 569 milyon dollar
2. "Arsenal" (İngiltərə) - 384 milyon dollar
3. "Valensiya" (İspaniya) - 374 milyon dollar
4. "Bolton" (İngiltərə) - 267 milyon dollar
5. "Real" (Madrid, İspaniya) - 165 milyon dollar
6. "Barselona" (İspaniya) - 156 milyon dollar
7. "Kvins Park Reyncers" (İngiltərə) - 145 milyon dollar
8. "Liverpul" (İngiltərə) - 110 milyon dollar
9. "Yuventus" (İtaliya) - 83 milyon dollar
10. "Borussiya" (Dortmund, Almaniya) - 82 milyon dollar