Fəthullah Gülənə Rusiyadan da zərbə
28 İyul 2014 11:11 (UTC+04:00)
ABŞ-dan sonra Rusiyada da Fəthullah Gülən camaatına aid fond
məktəbinin fəaliyyətinə xitam verilib.
Movqe.az ANS PRESS-ə istinadən xəbər verir ki ,
"Atlantik Beynəlxalq Təhsil Mərkəzi" adı ilə Rusiyanın paytaxtı
Moskvada fəaliyyət göstərən Gülən cammatına məxsus müəssisənin
fəaliyyət göstərmək haqqında icazə hüququ Rusiya Təhsil Nazirliyi
tərəfindən ləğv edilib.
Qurumun bütün fəaliyyətlərinə son verildiyi bildirilir. Bu barədə
Moskva şəhər təhsil idarəsi də məlumat verib. Təhsil idarəsindən
bildirilib ki, 27 iyun 2014-cü il tarixindən etibarən "Atlantikin"
fəaliyyətinə son qoyulub.
Xatırladaq ki, ABŞ-ın Los Anceles şəhərində də Fəthullah Gülən
camaatı ilə əlaqəli olan 2 məktəb maliyyə hesablarını düzgün yerinə
yetirməməsi səbəbilə iyulun 12-də bağlanılmışdı.