Nərimanovda yol qəzası tıxac yaratdı

28 İyul 2014 13:14 (UTC+04:00)
Hadisə Ziya Bünyadov və Azadlıq prospektlərinin kəsişməsində qeydə alınıb.

Movqe.az ANS PRESS-ə istinadən xəbər verir ki , qəza "Lexus" və "Audi" markalı avtomobillərin toqquşması nəticəsində baş verib. Yol-patrul xidməti əməkdaşlarının hadisə yerində apardığı ilkin araşdırma nəticəsində müəyyən edilib ki, "Lexus" markalı avtomobil Ziya Bünyadov prospekti ilə hərəkət edirmiş. Avtomobilin sürücüsü "YOL VER" nişanına əməl etməyib və Azadlıq prospekti ilə hərəkətdə olan "Audi"ni vurub.

Hadisə nəticəsində "Audi"nin sürücüsü xəsarət alıb. Onun xəsarəti yüngül olduğundan ilk yardımdan sonra evə buraxılıb.

Qəza ilə əlaqədar Ziya Bünyadov və Azadlıq prospektlərinin kəsişməsində tıxac yaranıb. Qəzaya uğrayan avtomobillər evakuasiya edildikdən sonra nəqliyyatın normal hərəkəti tədricən bərpa olunub.

Qəzanın təfərrüatlari isə Nərimanov Rayon Dövlət Yol Polis şöbəsində araşdırılır.